Böyük Britaniya Ukraynanı qırıcı təyyarələrlə təmin edən ilk ölkə ola bilər.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib.
"Mən istisna etmirəm ki, Böyük Britaniya Ukraynaya qırıcı təyyarələrin tədarükünü icra edən ilk ölkə ola bilər", - Yermak qeyd edib.
Yermakın sözlərinə görə, hələ razılaşdırılmalı olan məsələlər var.
Milli.Az