Ukraynaya qırıcıları ilk bu ölkə verə bilər

22 Fevral 2023 23:50

Böyük Britaniya Ukraynanı qırıcı təyyarələrlə təmin edən ilk ölkə ola bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib.

"Mən istisna etmirəm ki, Böyük Britaniya Ukraynaya qırıcı təyyarələrin tədarükünü icra edən ilk ölkə ola bilər", - Yermak qeyd edib.

Yermakın sözlərinə görə, hələ razılaşdırılmalı olan məsələlər var.

Milli.Az