Dünya

"Ümid edirəm ki, növbəti ölkə Səudiyyə olacaq"

22 Fevral 2023 21:22
Baxış: 1 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümid edirəm ki, Səudiyyə Ərəbistanı yəhudi dövləti ilə sülh sazişi imzalayan növbəti ölkə olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.

"Düşünürəm ki, Səudiyyə rəhbərliyi rəsmi olaraq bunun bir hissəsi olmaq istədiyinə qərar verərsə, biz kvant sıçrayışı əldə edə bilərik. Qeyri-rəsmi olaraq onlar bunun bir hissəsidir. İnanıram ki, ümumi maraqlara əsaslanan sülhə nail olmaq üçün İsrailin hərbi, kəşfiyyat, texnoloji və iqtisadi gücündən istifadə edərək qonşularımızla sülh və normallaşma sazişləri ilə iki məqsədə çata bilərik: Birincisi, sülh dairəsini genişləndirə bilərik. İkincisi, bu birlik İrana qarşı dayaq rolunu oynayar", - Netanyahu qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.