Dünya

Rusiya əhalisi bizdən 3 dəfə çox olsa da... - Ekspert

21 Fevral 2023 08:43
Baxış: 1 497
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın canlı qüvvə baxımından üstünlüyü Ukrayna üçün kritik problem deyil. Əhalimiz az olsa da, Ukrayna ordusunun müasir texnika sarıdan üstünlüyü olacaq.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov bildirib.

"Əlbəttə ki, bizim əhalimiz Rusiya Federasiyasından ən azı 3 dəfə azdır. Amma unutmayın ki, bu gün ordunun texnikasında üstünlüyə malik olacağıq. Yəni ətə qarşı dəmir. Dəmir həmişə qalib gəlir. Ona görə də Qərb indi bizə tanklar, artilleriya sistemləri, dəqiq idarə olunan hərbi sursatlar verir. Düşünürəm ki, yaxın gələcəkdə biz raketlər də alacağıq. Və bir neçə aydan sonra biz Qərb tipli döyüş təyyarələri əldə edə bilərik. Bu da bizə Rusiya ordusunu məğlub etməyə kömək edəcək", - deyib.

Ekspert onu da vurğulayıb ki, Rusiya bu qədər insanı müharibəyə göndərəndə onların təminatı ilə bağlı çoxlu problemlər yaranır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.