Dünya

Türkiyə cümhuriyyət tarixinin ən böyük tikintisinə başlayır

20 Fevral 2023 07:43
Baxış: 1 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zəlzələ zonasında inşa ediləcək binalar 3-4 mərtəbədən hündür olmayacaq. Zəruri ehtiyaclara əsasən, binalar düzənlikdən dağlara doğru güclü təməl üzərində tikiləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişlikliyi üzrə naziri Murad Kurum deyib.

O, zəlzələ bölgəsində 927 min evdə araşdırmaların tamamlandığını, 118 min evin ağır zərər gördüyü, təcili sökülməsinin gərəkli olduğunu bildirib.

"11 vilayətdə cümhuriyyət tarixinin ən böyük fövqəladə bina tikinti səfərbərliyini həyata keçirəcəyik. Vətəndaşlara etibarlı evlərin açarlarını təqdim edəcəyik", - deyə nazir bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.