Dünya

ABŞ-ın Suriyadakı bazasına raket zərbəsi endirilib

19 Fevral 2023 10:08
Baxış: 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Suriyadakı hərbi bazasına raket zərbəsi endirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Al-Hadath" telekanalı məlumat yayıb.

Raketlərdən biri yanacaq dolu çən olan vertolyot meydançasına düşüb və yanğın başlayıb.

ABŞ hərbçiləri arasında ölən və yaralılar olub-olması barədə məlumat açıqlanmayıb.

Əl-Omar neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasında həyəcan elan olunub. Koniko qaz sahəsi yaxınlığında yerləşən ABŞ bazasında da yüksək döyüş hazırlığı elan edilib.

Telekanal ABŞ bazasına Deyr-ez-Zorda Suriya Ordusu tərəfdən döyüşən iranyönümlü şiə qruplaşması tərəfindən zərbə endirildiyi barədə xəbər yayıb. Raket zərbəsindən əvvəl baza üzərində kəşfiyyat uçuşu aparan pilotsuz aparat vurulub.

Qeyd edək ki, yanvarın 29-da İraqın Bu-Kemal rayonunda naməlum pilotsuz uçuş aparatı İran silahları və neft məhsulları daşıyan karvana hücum edib. Nəticədə onlarla iranyönümlü şiə döyüşçüsü və 6 neft daşıyan maşın məhv edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.