Dünya

Kəraçidə silahlı şəxslər polis idarəsinə hücum edib

17 Fevral 2023 23:27
Baxış: 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanın Kəraçi şəhərində terrorçuların polis idarəsinə silahlı hücumu nəticəsində azı iki nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, silah və partlayış səslərinin eşidildiyi əraziyə polis snayperləri yerləşdirilib, bütün işıqlar söndürülüb. Məlumata görə hücumun əvvəlində binanın daxilində bir neçə kiçik partlayışdan sonra güclü partlayış səsi eşidilib.

Talibanın Pakistandakı qolu - Təhrik-i-Taliban Pakistan (TTP) terror təşkilatı jurnalistlərə göndərdiyi mesajda hücuma görə məsuliyyəti üzərinə götürüb.

Binaya azı 5 terrorçunun daxil olduğu, hücum zamanı idarədə azı 30 polisin olduğu bildirilib.

Ərazidə nəqliyyatın hərəkəti məhdudladırılıb, hadisə yerinə təhlükəsizlik qüvvələrinin ağır texnikası və hərbçilər cəlb edilib.

Hücumun davam etdiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.