Dünya

Belarus bizə qarşı döyüşmək istəmir - Zelenski

17 Fevral 2023 22:37
Baxış: 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Belarusun Rusiya tərəfində Ukraynaya qarşı müharibəyə qoşulması riski yüksək deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Münhen Təhlükəsizlik Konfransında onlayn iştirak zamanı deyib.

"Belarus haqqında... Biz hesab edirik ki, bu gün belə bir ehtimal yoxdur, yüksək risk yoxdur. Onlar Belarusdan gələ bilərlər, amma çətindir. Bizim anladığımız kimi, belaruslar Ukraynaya qarşı döyüşmək istəmirlər, onların böyük əksəriyyəti istəmir, bizdə analitik rəqəmlər var - 80%. Bu prosesdə Belarusun dəstəyini almaq çox çətindir", - Zelenski bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.