Dünya

İrandan Rusiyaya qeyri-qanuni yolla təkmilləşdirilmiş PUA-lar gətirilib

13 Fevral 2023 07:46
Baxış: 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"The Guardian" Tehrandakı mənbələrə istinadən iddia edir ki, İran Ukrayna ilə münaqişədə istifadə üçün Rusiyaya yeni növ qabaqcıl uzunmənzilli döyüş PUA-ları keçirmək üçün qayıqlardan və dövlət aviaşirkətindən istifadə edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, nəşr qeyd edir ki, Rusiya zabitləri və texniki mütəxəssislərinin 2022-ci ilin noyabrında Tehrana xüsusi səfərindən sonra İran tərəfi ən azı 18 belə PUA-nı Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verib.

Nəşr vurğulayır ki, onların arasında 200 km-ə yaxın məsafəni qət edən və hər qanadının altında iki raket daşımaq qabiliyyətinə malik "Mohajer-6" PUA-ları, həmçinin 12 "Shahed 191" və 129 pilotsuz uçuş aparatı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.