Dünya

Ronaldonun sevgililisi bu səbəbdən cərimələnə bilər

4 Fevral 2023 22:26
Baxış: 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliyanın "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldonun sevgilisi Corcina Rodriqes Səudiyyə Ərəbistanının ədəb qanununu pozduğuna görə cərimələnə bilər.

"Qafqazinfo" xəbər verir ki, bu haqda İspaniyanın "Marca" qəzeti məlumat yayıb.

Bildirilib ki, buna futbolçunun sevgilisinin Səudiyyə Ərəbistanında olarkən geyindiyi çox açıq paltarlar səbəb ola bilər. Belə ki, o, dekolteli və ayaqları görünən uzun yarığı olan paltar ilə ictimaiyyətə arasına çıxıb.

Qeyd edək ki, 2019-cu ildə Səudiyyə Ərəbistanında ictimai ədəb qaydalarına riayət edilməsi haqqında qanun qəbul edilib. İctimai yerlərdə qolları dirsəyə qədər, ayaqları isə topuğa qədər örtən bol paltar geyinmək tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.