Dünya

Çin ABŞ səmasında görünən hava şarının ona məxsus olduğunu təsdiqlədi

3 Fevral 2023 18:31
Baxış: 1 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ üzərində görünən hava şarı Çindən uçub və o elmi araşdırmalar üçün istifadə edilən mülki aparatdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik hava şarının ABŞ ərazisi üzərində olmasına təəssüfləndiyini bildirib. Belə ki, şar güclü külək səbəbindən marşrutdan çıxıb.

Xatırladaq ki, bu gün ABŞ rəsmiləri ölkənin şimal hissəsində uçan hava şarı aşkarlandığını və onun hərəkət trayektoriyasının diqqətlə izləndiyini bildiriblər.

Pentaqon isə şarı Çinin ABŞ-ın hərbi obyektlərini müşahidə etmək məqsədilə göndərdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.