Dünya

“Leopard”ları yandıracağıq - Volodin

2 Fevral 2023 12:55
Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya kansleri Olaf Şoltsun Rusiyaya qarşı göndərdiyi tanklar 80 il əvvəlki aqibətlə üzləşəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

"Tarix göstərdi ki, Stalinqradda faşist Almaniyasının məğlubiyyətindən heç də hamı dərs almayıb. Merkel kansler vəzifəsində olan zaman dünya ictimaiyyətini və öz xalqını aldatdı, Kiyev nasist rejiminə müharibəyə hazırlaşmağa kömək etdi. İndiki kansler Şolts daha da irəli gedərək, Rusiyaya qarşı döyüşmək üçün alman tanklarını göndərmək qərarına gəldi. Onların taleyi 80 il əvvəlki kimi olacaq. Faşist "Pələng"lərinin taleyini təkrarlayan "Leopard"lar yandırılacaq", - Volodin bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.