Dünya

Ukrayna və ABŞ arasında sülh planı danışıqları nə yerdədir?

27 Noyabr 2025 21:21
Baxış: 307
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Ordusunun katibi Den Driskolun Kiyevə səfəri zamanı cəbhədəki vəziyyətin ağırlaşdığı və Ukraynanın 28 maddəlik sülh planını qəbul etməsinin vacibliyi mesajı verilib.

Milli.Az xəbər verir ki, Driskol ukraynalı rəsmilərə bildirib ki, Rusiya hava hücumlarını artırıb və uzunmüddətli müharibə üçün kifayət qədər resursa sahibdir. Onun fikrincə, Ukraynanın gözləməsi vəziyyəti daha da zəiflədəcək.

Mənbələr iddia edir ki, ABŞ müdafiə sənayesi artıq Ukraynanı HHM sistemləri və sursatla əvvəlki kimi təmin edə bilmir və Driskolun mesajı "razılaşmanı qəbul edin" kimi qiymətləndirilib.

Lakin ABŞ Dövlət katibi Marko Rubio bu xəbəri təkzib edərək "X" hesabında bunun uydurma olduğunu yazıb. O, belə məlumatların Tramp administrasiyası daxilində fikir ayrılıqlarından qaynaqlandığını bildirib.

CNN-in açıqladığı məlumatlara görə, sülh planında Ukraynanın qəbul etmədiyi üç əsas bənd var:

  • Donbasın Rusiyanın nəzarətinə verilməsi;
  • Ukrayna Ordusunun 600 minlik limitlə məhdudlaşdırılması;
  • Ukraynanın NATO üzvlüyündən imtina tələbi.

Bu məsələlərlə bağlı danışıqlar davam etsə də, hələ razılıq əldə olunmayıb.

Asya
Milli.Az 

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.