Dünya

Serbiyadan Tehran hücumuna: Qəbuledilməzdir...

1 Fevral 2023 23:01
Baxış: 1 025
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiya Azərbaycanın Tehrandakı səfirliyinə törədilən terror aktını qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Serbiya Xarici İşlər Nazirliyindən bildirilib.

Serbiya XİN Tehrandakı səfirlikdə törədilən terror aktı ilə əlaqədar Azərbaycana səmimi başsağlığı verib.

"Azərbaycanın Tehrandakı səfirliyinə qarşı dəhşətli hücumun törədilməsi, nəticədə səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olması, daha iki təhlükəsizlik əməkdaşının yaralanması barədə xəbər bizi dərindən kədərləndirdi", - Serbiyanın XİN-in sözçüsü əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.