Dünya

Rusiya müharibə ərzində ən genişmiqyaslı hücuma hazırlaşır - Danilov

1 Fevral 2023 10:21
Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Silahlı Qüvvələri Ukraynaya qarşı indiyə qədərki müharibə ərzində ən genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Sky News"a müsahibəsində deyib.

Katib istisna etmir ki, Rusiya ordusu keçən ilin 24 fevralında olduğu kimi Ukrayna üzərinə cənubdan, şərqdən və şimaldan hücuma keçə bilər.

Danilovun sözlərinə görə, hücumun tarixi keçən il başlamış genişmiqyaslı müharibənin ildönümünə təsadüf edə bilər.

"Rusiya ordusu genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır və bunun üçün mümkün olan hər şeyi toplayır, təlimlər keçirir" - o qeyd edib.

Xatırladaq ki, ötən ilin yanvarın 30-da NATO-nun baş katibi Yens Stoltenberq Rusiya ordusunun yeni hücuma hazırlaşdığını elan edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.