Dünya

Ərdoğan Zelenski ilə danışdı

20 Yanvar 2023 20:16
Baxış: 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, görüşdə Rusiya-Ukrayna müharibəsində baş verənlər müzakirə edilib.

Görüş zamanı Prezident Ərdoğan Ukraynada baş verən faciəvi helikopter qəzası ilə bağlı Vladimir Zelenskiyə başsağlığı verib.

Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında qalıcı sülhün bərqərar olması üçün güclü diplomatik töhfə verməyə, bu prosesdə vasitəçilik vəzifəsini üzərinə götürməyə hazır olduqlarını bir daha vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.