Dünya

Britaniya Ukraynaya “Apaçi” helikopterləri də göndərəcək

15 Yanvar 2023 09:54
Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya Ukraynaya onlarla Rusiya tankını məhv etməyə qadir olan "Apache AH64E" hücum helikopterləri göndərəcək.

Milli.Az bu barədə "Report"a istinadən xəbər verir.

Ölkənin müdafiə sektorundakı yüksək vəzifəli mənbə nəşrə bildirib ki, helikopterlərin təhvil verilməsi Ukraynanın "Challenger 2" tanklarını almasından sonra planlaşdırılır.

"Apache" oyun qaydalarını dəyişdirəcək. Əvvəlcə tanklar gələcək və helikopterlərin yerləşdirilməsinə bir qədər vaxt lazım olacaq. NATO-nun digər üzvləri də buna əməl edəcəklər", - mənbə bildirib.

Qeyd olunur ki, "Apache AH64 E" helikopterləri 16-ya qədər "Hellfire" tank əleyhinə mərmi, 76 ədəd 70 mm-lik "Hydra" raketi ilə silahlana bilər.

Bu o deməkdir ki, dörd "Apaçi" bir neçə saniyə ərzində 70 tankdan ibarət bütöv bir alayı məhv edə bilər.

Ukraynalı pilotların Böyük Britaniyada təhsil alacağı, qonşu ölkədə, məsələn, Polşada texniki xidmət bazası yaradılacağı güman edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.