Ukrayna ordusu yanvarın 3-də rusların Zaporojye vilayətinin Tokmak rayonundakı mövqelərinə zərbələr endirib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
"Yanvarın 3-də Zaporojye vilayətinin Tokmak rayonu ərazisində rusların canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi əraziyə zərbələr endirilib. Düşmənin 80-ə yaxın ölü və yaralısı var", - məlumatda qeyd olunub.
Milli.Az