Dünya

“Rusiyanın cəmi 2-3 kütləvi hücum üçün raketi qalıb” - Ukrayna kəşfiyyatı

4 Yanvar 2023 13:47
Baxış: 1 482
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiyanın raketləri tükənib və cəmi 2-3 kütləvi hücum üçün raketlər qalıb".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

O söyləyib ki, söhbət yüksək dəqiqlikli silahlardan gedir: "Buraya Kh-101, Kh-555 raketləri, "İsgəndər"lər və digərləri daxildir. Onlardan uzaq məsafə üçün istifadə edilir".

Qeyd edək ki, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov bu yaxınlarda bildirmişdi ki, Rusiyanın silah arsenalında təxminən 150 raket qalıb. Onun sözlərinə görə bu göstərici Ukraynaya 2 kütləvi hücuma kifayət edə bilər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.