Dünya

Həbs olunan saxta həkim özünü belə müdafiə etdi: Əvvəllər yastıq tikmişdim...

4 Yanvar 2023 07:55
Baxış: 1 792
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə həbs olunan saxta həkimin məhkəməsi baş tutub. 

Milli.Az musavat.com-a istinadən bildirir ki,Tekirdağ şəhərinin Çerezköy Dövlət Xəstəxanasında saxta diplomla işləyən Ayşe Özkirazın özünü müdafiə etmək üçün söylədiyi sözlər gündəm olub. Ayşe Özkiraz heç vaxt resept yazmadığını bildirib və pasientinə 1 dəfə tikiş atdığını etiraf edib.

"Fakültədə daha əvvəl tikiş atılma dərsini görmüşdüm. Həkim yastıq üzərində tikiş məşqləri etməyimi istəmişdi. İynə-sapla yastığı tikmişdim", - Ayşe Özkiraz deyib.

Qeyd edək ki, 21 yaşlı Ayşe Özkirazı 13 ilə qədər həbs cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.