Dünya

Moskvada yaşayan azərbaycanlı iş adamı vəfat etdi

2 Yanvar 2023 13:56
Baxış: 3 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada yaşayan azərbaycanlı iş adamı dünyasını dəyişib.

Milli.Az azxəbər-ə istinadla xəbər verir ki, Moskavada yaşayan azərbaycanlı tanınmış iş adamı Salman Zeynalov dünyasını dəyişib.

İş adamının dostlarının verdiyi məlumata görə, S. Zeynalov  səhətində yaranmış problemdən əziyyət çəkirmiş. Çoxsaylı tibbi müdaxilələr isə nəticə verməyib.

İş adamının nəşi Azərbaycana gətirilib və doğulduğu Şəmkir rayon Çinarlı kındində bu gün dəfn olunacaq.

Qeyd edək ki, 1964-cü ildə anadan olmuş Zeynalov Salman Abbas oğlu xeyriyyəçiliyi və humanitar aksiyaların təşkilatçısı kimi də tanınırdı. O, pandemiyanın şiddətli dövründə Rusiyada yaşayan azərbaycanlılara öz dəstəyini əsirgəmirdi.

Allah rəhmət eləsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.