Dünya

Xəzinə tapdılar, "burunlarından gəldi"

29 Dekabr 2022 19:56
Baxış: 1 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyada qədim artefaktlar aşkar edən və bu barədə hökumətə məlumat verməyən bir neçə həvəskar xəzinə ovçusu 1,2 milyon funt sterlinq ödəməyə məcbur edilib.

Milli.Az bildirir ki, bu barədə The Independent xəbər verir.

2019-cu ildə Corc Pauell və Leyton Devis dörd il əvvəl Herefordşirdə tapdıqları xəzinəyə görə müvafiq olaraq on və səkkiz il həbs cəzasına məhkum ediliblər. Xəzinə, 9-cu əsrə aid qızıl üzük, əjdaha başlı bilərzik, 5-ci əsrə aid gümüş külçə, büllur kulon və 300-dən çox sikkədən ibarət olub, bəziləri Böyük Kral Alfredin hakimiyyəti dövrünə aiddir.

Tapılanların dəyəri təxminən üç milyon funt-sterlinq olaraq qiymətləndirilib, lakin tarixçilər hesab ediblər ki, artefaktlar qədimliyinə və əla vəziyyətinə görə qiymətsiz xəzinədir. 1996-cı il Britaniya Xəzinə Aktına əsasən, tapan şəxs iki həftə ərzində yaşı 300-dən çox olan və bir ədəddən çox miqdarda tapılan hər hansı antik qiymətli metal sikkələr barədə yerli hakimiyyət orqanlarına məlumat verməlidir.

Pauell və Devis metal detektorları ilə axtarış apardıqları fermanın sahibinə tapıntı barədə məlumat verməyib, peşəkarlara müraciət etməyib, özləri tapdıqlarını satmağa başlayıblar. Onlar xəzinənin böyük hissəsini qara bazarda satdıqdan sonra həbs ediliblər.

İndi kişilərə itkin qiymətli əşyalara görə 21 mart 2023-cü il tarixinədək hökumətə ümumilikdə 1,2 milyon funt sterlinq ödəmələri əmr edilib. Əks halda onların müddəti beş il dörd ay uzadılacaq.

2019-cu ildə hökm oxunarkən hakim qeyd edib ki, Pauell və Devis tapılan dəyərləri dərhal səlahiyyətli orqanlara təhvil versəydilər, hər biri 500 min funt sterlinq alacaqdılar.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.