Dünya

Xəzər suitiləri üçün reabilitasiya mərkəzi yaradılacaq

29 Dekabr 2022 08:40
Baxış: 797
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Kompas" Ekoloji Təşəbbüslərə Dəstək və İnkişaf Fondu Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutu ilə birlikdə Xəzər suitilərinin mühafizəsi üzrə kompleks proqram yaratmağı planlaşdırır.

Milli.Az "Report"a istinadən bildirir ki, heyvanların xilası üçün tədbirlərdən biri reabilitasiya mərkəzinin açılması olacaq.

"Kompas" Fondu Dağıstan Dövlət Universitetinin Ekologiya və Davamlı İnkişaf İnstitutu ilə birlikdə Xəzər suitilərinin tədqiqi və mühafizəsi üzrə kompleks proqramın hazırlanmasına başlayıb. Ekoloqlar və alimlər "Qırmızı kitab"ın Xəzərin ekosistemində mühüm rol oynayan bu canlılarının populyasiyasının azalmasının qarşısını almaq niyyətindədirlər. Layihə çərçivəsində xəstə və yaralı suitilərin balıq ovu torları ilə çatdırılacağı reabilitasiya mərkəzinin yaradılması planlaşdırılır", - məlumatda deyilir.

Qeyd olunur ki, suitilərin xilas edilməsi proqramına yerli balıqçıların və könüllülərin - tələbələrin cəlb olunması planlaşdırılır. Tədqiqat işlərinə 2023-cü ilin yanvarında başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.