Dünya

Bu ölkə Rusiya və Belarusun 85 milyon avrodan çox aktivlərini dondurur

28 Dekabr 2022 23:07
Baxış: 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynadakı müharibəyə görə Aİ-nin Rusiyaya qarşı sanksiyalarını həyata keçirən Litvanın Maliyyə Cinayətlərinin Araşdırılması Xidməti dondurulmuş Rusiya və Belarus aktivlərinin ümumi məbləğini açıqlayıb.

Milli.Az bildirir ki, bu barədə "report" Litvanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bu gün Litvanın daxili işlər naziri Aqne Bilotayte Maliyyə Cinayətlərinin Araşdırılması Xidmətinin rəhbərliyi ilə görüşüb. Görüşdə digər məsələlərlə yanaşı, Rusiyaya qarşı sanksiyaların tətbiqi müzakirə edilib.

Hazırda Litvada beynəlxalq sanksiyaların həyata keçirilməsini təmin edən Maliyyə Cinayətlərinin Araşdırılması Xidmətidir. Onun məlumatına görə, dondurulmuş vəsaitin ümumi məbləği 85 milyon avrodan çoxdur.

Bunlar Rusiyadan 9 hüquqi şəxs - 77 milyon avro; Belarusdan 6 hüquqi və 1 fiziki şəxs - 9 milyon avrodur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.