Dünya

Ermənistan Gümrüdəki Rusiya hərbi bazasını blokada ilə hədələyir

28 Dekabr 2022 17:14
Baxış: 1 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını təşkil edə bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın "Milli Demokratik Qütb" siyasi hərəkatının üzvü Vahe Qasparyan bildirib.

Vahe Qasparyan bunu Laçın yolundakı vəziyyətlə əlaqələndirib.

Laçın yolunun guya bağlı olduğunu iddia edən Qasparyanın sözlərinə görə, əgər yaranmış vəziyyət aradan qalxmazsa, Ermənistan Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının blokadasını təşkil edə bilər.

"Biz xalqımıza müraciət edərək Gümrüdəki hərbi bazanın blokadaya alınmasına çağırış edəcəyik. Bu məqsədlə MDQ Ermənistanda bir sıra siyasi dairələrlə müzakirələr aparacaq, hansılar ki, vəziyyəti bizim kimi qiymətləndirərək Qarabağın ruslar tərəfindən blokadaya alınması fikrindədir", - "Qafqaz Bürosu" Telegram kanalı Qasparyandan sitat gətirib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.