Dünya

Səudiyyənin mineral sərvəti açıqlandı: 1,3 trilyon

27 Dekabr 2022 08:30
Baxış: 543
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının mineral sərvətləri hazırda mis, sink, fosfat, uran və qızıl yataqları da daxil olmaqla, 1,3 trilyon dollardan çox qiymətləndirilir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ərəbistanın investisiyaların inkişafı üzrə nazir müavininin yardımçısı Türki əl-Babtayn bir qrup britaniyalı investorla təşkil etdiyi onlayn görüşdə məlumat verib.

Babtayn Səudiyyə Ərəbistanının investisiya imkanlarını, eləcə də mədənçıxarma sektorunda təklif olunan infrastrukturu investorlara təqdim edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı son illərdə 50 milyard dollardan çox sərmayə qoyaraq mədənçıxarma sektorundakı payını iki dəfə artırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.