Dünya

"Rusiyada 200-ə yaxın İran PUA-sı qalıb" - Ukrayna MN

23 Dekabr 2022 15:00
Baxış: 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya qoşunlarında sonuncu partiyadan 200-ə yaxın İran istehsalı olan pilotsuz uçan aparat (PUA) qalıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu Cənubi Ukrayna Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk "Azadlıq" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya İrandan 250-yə yaxın dron alıb və Rusiya hərbçiləri onlara qənaət etmirlər:

"Biz 200-ə yaxın PUA-nın qaldığını təxmin edirik".

N. Qumenyuk əlavə edib ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin İranın bu pilotsuz aparatlarını uğurla vurduqlarını başa düşürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.