Dünya

Rusiya ordusunun Ukraynada beli qırılır - RƏQƏMLƏR

22 Dekabr 2022 10:35
Baxış: 1 527
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 100 mindən çox şəxsi heyəti məhv edilib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bundan başqa, Rusiya ordusu 3000-dən çox tank, 6000-ə yaxın zirehli texnika itirib.

Məlumata görə, Ukrayna ordusu son sutkada Rusiya qüvvələrinin Donetsk və Luqansk vilayələtləri istiqamətində 16 yaşayış məntəqəsinə hücumunu dəf edib.

Ötən sutka Rusiya ordusu Zaporojye vilayətinin mülki obyektləri də daxil olmaqla Ukrayna ərazisinə 6 raket və 15 aviazərbə endirib.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri 2022-ci il fevralın 24-də "xüsusi əməliyyat" adı altında Ukraynaya qarşı müharibəyə başlayıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.