Dünya

Kuryer müştəriyə əsəbləşib onu dişlədi - FOTO

20 Dekabr 2022 16:02
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin Olderşot şəhərində 33 yaşlı kuryer müştərisi 34 yaşlı Stiven Cenkinsonun baş barmağını dişləyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadın uzun müddət pizza sifariş edən Cenkinsonun ünvanını axtarıb. Kişi isə öz növbəsində telefonu evdə qoyduğu üçün sifarişi təsdiqləmək məqsədilə lazımi kodu ona deyə bilməyib.

O, kuryerə pizzanı götürəcəyini, sonra telefonla yanına qayıdacağını söyləyib. Lakin qadın Cenkinsona əsəbiləşib, onun üstünə atılıb, baş barmağını dişləyib və var gücü ilə onu vuraraq təpikləməyə başlayıb.

Kuryer qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə şübhəli bilinərək hadisə yerində həbs edilib və 2023-cü ilin mart ayına qədər zaminə buraxılıb. Yaralanan şəxs isə xəstəxanaya çatdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.