Dünya

ABŞ Ukrayna savaşında 3 məqsəd güdür

19 Dekabr 2022 12:37
Baxış: 1 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Ukrayna böhranında fəal iştirak etməklə və onun gərginləşməsinə "töhfə" verməklə üç əsas məqsəd güdür.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Qlobal Tayms" portalında yayılan məqalədə bildirilib.

"ABŞ-ın Ukraynadakı münaqişədə üç məqsədi var: Rusiyanı hərtərəfli zəiflətmək, Zelenski rejimini möhkəmləndirmək və Avropanı ABŞ siyasətini izləməyə sövq etmək.

ABŞ və AB Rusiya-Ukrayna münaqişəsini yumşaltmaq üçün ciddi səy göstərməyiblər, hətta silah və sursat verməklə əks istiqamətə gediblər. Böhranın həllinin açarı ABŞ və AB-nin əlindədir",- təhlildə deyilib.

Çinin Renmin Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Vanq Yivey isə vurğulayıb ki, Ukrayna böhranının davam etməsinə görə məsuliyyət Amerikanın müəyyən strukturlarının üzərinə düşür:

"ABŞ-da dörd əsas qrup - hərbi konqlomerat, enerji qrupu, maliyyə qrupu və rəqəmsal oliqarxiya - Ukraynadakı münaqişədən istifadə edilən mənfəət və hərbi dividendlərdən razı deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory