ABŞ-ın Kaliforniya ştatında hamilə bacısını öldürməkdə və cəsədi yandırmağa cəhddə ittiham olunan şəxs həbs edilib.
Milli.Az bildirir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Müstəntiqlərin bildirdiyinə görə, 41 yaşlı Aaron Camal Dadli evdə olarkən 26 yaşlı Rebekka Loqanı kəsici alətlə bir neçə dəfə bıçaqlayıb, daha sonra zibil qutusunda olan meyiti yaxınlıqdakı küçəyə aparıb və orada yandırıb. Daha sonra həmin şəxs qaçmağa çalışsa da, saxlanılıb - hadisə şahidləri Dadli yanğını törədən zaman onun şəklini çəkiblər və bu, hadisəni törədənin kimliyini müəyyən etməyə kömək edib.
Loqan 36 həftəlik hamilə olub. Dadli Loqanı və onun doğulmamış uşağını öldürməkdə ittiham olunub. O, Fresno dairəsinin həbsxanasındadır. Məlumdur ki, 2021-ci ildə o, artıq 72 saat polis tərəfindən saxlanılıb.
İrfan Vəliyev
Milli.Az