Dünya

Şagirdinə sinəsinin şəklini göndərən müəllimə işdən qovuldu

16 Dekabr 2022 20:44
Baxış: 5 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Oklahoma ştatında məktəb müəlliməsi işləyən 23 yaşlı Sara Hall-Deqroat 15 yaşlı şagirdə sinəsinin fotosunu göndərdikdən sonra işini itirib.

Milli.Az bildirir ki, bu barədə "News on 6" xəbər verib.

Hall-Degroat 2022-ci ilin oktyabr ayından şagirdi ilə yazışıb. Müəllimə ünsiyyət üçün "Google Docs"-dan istifadə edib. "Onların yazışmalarının məzmunu açıqdır və bir-birləri ilə yaşamağa ümid etdikləri cinsi təcrübələri təsvir edir", - məhkəmənin bəyanatında deyilib.

Müəllimə işdən çıxarılıb. O, tutularaq istintaq təcridxanasına aparılıb. Hall-Deqroatın azadlığa buraxılması üçün girov məbləği 50 min dollardır. Hadisə ilə bağlı araşdırma aparılıb. "Mənim də uşaqlarım var. Sosial mediadan istifadə edərkən onların təhlükəsizliyinə əmin olmaq bir valideyn kimi mənim məsuliyyətimdir. Orada çox təhlükəlidir. İnsanların uşaqlara çatmağın müxtəlif yolları var. Uşaqlar üçün təkbaşına internetdə gəzmək çox təhlükəlidir", - deyə məktəb rəhbəri Ceyson Peres bildirib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.