Dünya

Zelenski müharibənin danışıqlarla bitmə şərtini açıqladı

16 Dekabr 2022 08:35
Baxış: 1 401
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya qoşunlarının 1991-ci il sərhədlərinə çıxarılması münaqişənin diplomatiya yolu ilə həllinin əsas şərtidir.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "The Economist" jurnalının məqaləsində deyilir.

"Əgər o (Rusiya Prezidenti Vladimir Putin. - red.), indi 1991-ci ilin sərhədlərinə çəkilsə, onda mümkün diplomatiya yolu başlayacaq. Bu, münaqişəni hərbi inkişaf yolundan diplomatik inkişaf yolundan dəyişə bilər", - Zelenski Britaniya jurnalına müsahibəsində bildirib.

Dekabrın 12-də Ukrayna lideri münaqişəyə son qoymaq üçün üç addımı açıqlayıb. Birincisi, Kiyevə müasir hərbi texnikanın verilməsidir. İkincisi, 2023-cü ildə maliyyə, enerji və sosial sabitliyin dəstəklənməsidir. Nəhayət, üçüncü addım daha əvvəl Zelenskinin təklif etdiyi "sülh formulu"nun həyata keçirilməsi və qlobal sülh formulu sammitinin çağırılmasıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.