Dünya

Nazir atalıq məzuniyyətinə çıxacaq

14 Dekabr 2022 18:10
Baxış: 976
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Finlandiyanın müdafiə naziri Antti Kaykkonen yanvarın 5-dən fevralın sonuna kimi 7 həftəlik analıq məzuniyyətinə çıxacaq.

Milli.Az bildirir ki, bu barədə ölkənin maliyyə naziri, Mərkəz Partiyasının sədri Annika Saarikko Twitter-də məlumat verib.

Onu iqtisadiyyat naziri Mika Lintila əvəz edəcək, o, Kaykkonenin olmadığı müddətdə iki nazir postunu tutacaq. Mərkəz Partiyasının deputatı Hanna Kosonen Twitter-də qeyd edib ki, müdafiə naziri analıq məzuniyyəti alan ilk kişi hökumət naziri olacaq.

Kaykkonnenin iki övladı var. Böyüyünün iki yaşı var, kiçiyi altı aylıqdır, iyul ayında doğulub. Siyasətçinin özünün də qeyd etdiyi kimi, işinin vacibliyinə baxmayaraq, ailəni birinci yerə qoymağı bacarmaq lazımdır.

"Biz hələ uşağı bağçaya göndərməyə hazır deyilik, ona görə də indi uşağa qulluq etmək üçün daha çox məsuliyyət götürmək növbəmdir. Uşaqlar yalnız bir anlıq kiçikdirlər və mən bunu yalnız fotoşəkillər vasitəsilə xatırlamaq istəmirəm", - Finlandiyanın müdafiə naziri deyib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.