Dünya

Rusiya daha bir nüvə raketini atəş vəziyyətinə gətirib

14 Dekabr 2022 10:43
Baxış: 1 435
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Kaluqa vilayətində yerləşən hərbi hissələrdən birində "Yars" qitələrarası ballistik raketi atəş şaxtasına yerləşdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, raketin yüklənməsi xüsusi texnikanın köməyi ilə bir neçə saat ərzində həyata keçirilib.

Bildirilib ki, daha bir nüvə raketinin istifadəyə verilməsi Rusiyanın qarşısına qoyduğu istənilən strateji hədəflərə çatmasına şərait yaradacaq.

Həmçinin qeyd olunub ki, "Yars" Rusiya strateji raket kompleksi olub, başlığı ayrıla biləndir və "Topol-M" raket kompleksinin modifikasiya olunmuş versiyasıdır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.