Dünya

Qazaxıstanda ata üç övladını qətlə yetirəndən sonra öz həyatına da qəsd edib

14 Dekabr 2022 09:30
Baxış: 1 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın Mangistau vilayətində 38 yaşlı kişi üç uşağını öldürəndən sonra öz həyatına da son qoyub.

Hadisənin baş verdiyini təsdiq edən vilayətin hüquq-mühafizə orqanları öldürülən uşaqlardan ikisinin azyaşlı (8 və 4 yaş), birinin isə 10 aylıq körpə olduğunu bildiriblər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, polis müəyyən edib ki, kişi uşaqları və özünə qəsd etməzdən əvvəl arvadına səs yazısı göndərib, orada öləcəyini və "uşaqlarını da özü ilə aparacağını" bildirib.

"Məlum oldu ki, bu hadisə ailə münaqişəsi zəminində baş verib, cütlük boşanmağa hazırlaşırmış. Hər ikisinin daimi işi olub", - polisdən bildirilib.

Olayın digər təfərrüatı istintaqın maraqları baxımından açıqlanmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.