Dünya

“ZAES-ə nəzarətin üçüncü tərəfə verilməsindən söhbət gedə bilməz”

5 Dekabr 2022 23:57
Baxış: 1 030
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zaporojya AES-in Rusiyanın nəzarətindən çıxarılmasından və ya ona nəzarətin hansısa üçüncü tərəfə verilməsindən söhbət gedə bilməz".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova vurğulayıb ki, hazırda stansiya Rusiya ərazisində yerləşir və tamamilə Rusiyanın nəzarətindədir.

Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Qrossi daha əvvəl bildirmişdi ki, Zaporojya AES-in ərazisindən silahların çıxarılması Kiyev və Moskva arasında agentliklə imzalanmış razılaşmanın tərkib hissəsi olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.