Dünya

Putin ordusunun uğursuzluğuna təəccüblənib - Heyns

5 Dekabr 2022 01:32
Baxış: 1 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin rus ordusunun Ukraynadakı uğursuzluğuna təəccüblənib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns deyib.

Onun sözlərinə görə, Kreml rəhbəri Ukrayna ilə bağlı uzunmüddətli planlarını dəyişməyib.

Heyns bildirib ki, Rusiya öz sursat ehtiyatlarından həddən artıq istifadə edib:

"Düşünürəm ki, Putin Rusiyada ordunun üzləşdiyi problemlərdən daha çox xəbərdar olur. Amma onun indiki mərhələdəki problemlər barədə tam təsəvvürünün olub-olmaması hələ də bizə aydın deyil. Biz silah-sursat, mənəviyyat, təchizat problemləri, logistika çatışmazlığı görürük".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.