Dünya

Soros seçkiqabağı təbliğat üçün 18 radiostansiyanı alır

1 Dekabr 2022 18:00
Baxış: 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Federal Rabitə Komissiyası Corc Soros Media Qrupunun 18 ispandilli radio stansiyasını almasına icazə verib.

Baxmayaraq ki, media qrupuna qarşı inhisarçılıqla bağlı iddihamlar səsləndirilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sağçı, anti-kommunist proqramları ilə seçilən bu 18 stansiyanın dinləyiciləri ABŞ-a mühacirət etmiş cənubi amerikalılardır.

2016-cı ildəki prezident kampaniyası zamanı qələbə qazanmış Donald Tramp məhz ispandilli seçicilərin sayəsində bəzi ştatlarda üstünlüyü təmin edə bilmişdi.

Ekspertlərin fikrincə, Sorosun niyyəti məhz yeni əldə edəcəyi bu tezliklər sayəsində respublikaçıların təbliğatının qarşısını almaq və seçicilərin rəğbətini demokratlara yönəltmək məqsədi daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.