Dünya

İrqçi fikirlərinə görə Bukinqem sarayından qovuldu

1 Dekabr 2022 07:35
Baxış: 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

60 ildən çox Kraliça II Elizabetin gəlini və Şahzadə Vilyamın xaç anası olan xanım Suzan Hussi qaradərili ingilis Nqozi Fulaniyə qarşı irqçi ifadələrindən sonra Bukinqem sarayından qovulub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə İngiltərə kralı III Çarlzın ev sahibliyi ilə Bukinqem Sarayında təşkil edilən ziyafətdə baş verib.

Belə ki, Suzan Hussi Nqozi Fulanidən Afrikanın hansı bölgəsindən olmasını alçaldıcı şəkildə soruşub.

"Bu hal qəbuledilməz və son dərəcə acınacaqlıdır",-deyə Bukinqem Sarayından da bildirilib.

Açıqlamadan sonra Suzan Hussi sarayı tərk etmək məcburiyyətində qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory