Dünya

Türkiyədə “Kızılelma” pilotsuz döyüş təyyarəsinin testləri uğurla tamamlanıb

20 Noyabr 2022 17:05
Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Baykar" müdafiə sənayesi şirkətinin istehsal etdiyi "Kızılelma" pilotsuz döyüş təyyarəsi avtomatlaşdırma və uçuş testini uğurla başa vurub.

Bu barədə Milli.Az-a "Baykar" şirkətinin mətbuatla əlaqələr şöbəsinin müdiri İlker Akgüngör məlumat verib.

Qeyd olunub ki, Türkiyənin milli, orijinal və ilk pilotsuz döyüş təyyarəsi olan "Kızılelma"nın müvafiq sınaqları yerli və xarici mütəxəssislər tərəfindən mərhələli şəkildə həyata keçirilib.

"Kızılelma"nın sürəti hazırda səs sürətinə yaxındır. Sonrakı dövrdə onun sürəti supersonik səviyyəyə qaldırılacaq. Bu uçuş aparatı 1,5 tona yaxın faydalı yük qaldıra bilir, hava-hava, hava-yer tipli və digər raketlər daşımaq qabiliyyətinə malikdir.

Radardan yayına bilmək üçün vacib olan şeylər içəridə yerləşdirilir. Radardan yayınmağa ehtiyac olmadıq­da lazımi yüklər qanadın altında yerləşdirlə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.