Dünya

Rusiya ordusunu bu istiqamətlərə toplayır - Hesabat

20 Noyabr 2022 18:11
Baxış: 1 088
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Xersondan çəkiləndən sonra işğal olunmuş ərazilərdə mövqelərini möhkəmləndirməyə çalışır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

"Rusiya Xerson vilayətindən çıxarılan şəxsi heyət və səfərbər edilmiş hərbçilər hesabına işğal olunmuş Luqansk, Donetsk və Zaporojye vilayətlərinin şərq hissələrində mövqelərini möhkəmləndirməyə başlayır. Rusiya Belarusun Brest vilayətində təlimlərini başa vuran 1-ci Tank ordusunun 2-ci motoatıcı diviziyasının səfərbər edilmiş bölmələrini də yaxın həftələrdə hərbi əməliyaytlar zonasına cəlb edəcək", - hesabatda qeyd olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.