Dünya

“Twitter” hakerlər üçün asan hədəfə çevrilə bilər

20 Noyabr 2022 13:51
Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İş adamı İlon Mask tərəfindən satın alındıqdan sonra işçilərin kütləvi şəkildə ixtisar edilməsi "Twitter" platformasının sındırılmasına və uğursuzluqlara məruz qalmasına səbəb ola bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, noyabrın 20-də Qətərdə başlayacaq Dünya Çempionatı zamanı bu, xüsusilə kritik ola bilər. Belə ki, məhz bu zaman şəbəkədəki aktivlik ən yüksək həddə çatacaq.

Məlumata görə, ixtisarlar sosial şəbəkənin fəaliyyətini təmin edən bir neçə əsas komandaya təsir edib. İndi bu komandalar ya tamamilə dağılıb, ya da mütəxəssislər çatışmır. Xüsusilə, söhbət infrastruktura - əsas kanala və məlumat bazalarına cavabdeh olan komandadan gedir.

Qeyd edək ki, Mask şirkəti satın aldıqdan sonra onun 7500 işçisinin yarısı ixtisar edilib, qalanlarına işini davam etdirmək üçün şərtlər təklif edilib, daha 1200 nəfər isə bu şərtlərlə razılaşmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.