Dünya

Məxfi hesabatın detalları üzə çıxdı - Bu ölkə ABŞ-a təsir göstərir

13 Noyabr 2022 18:48
Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ kəşfiyyatı Birləşmiş Ərəb Əmirliklərinin Amerika siyasətinə təsir göstərmək üçün göstərdiyi səylərin təfərrüatlarını araşdırır və ABŞ-ın yaxın müttəfiqinə diqqətlə nəzər salır.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, ABŞ Milli Kəşfiyyat Şurasının məxfi hesabatına görə, BƏƏ illərdir qanuni və qeyri-qanuni olaraq Amerika siyasətini formalaşdırmağa cəhd göstərib.

Qəzet şuranın son həftələrdə siyasətçilərə təqdim etdiyi hesabatı oxuyan üç anonim mənbəyə istinad edib. Məxfi hesabatla tanış olanlar bildiriblər ki, bu sənədlər milli təhlükəsizlik rəsmilərinə məlum olan təsir tədbirləri ilə yanaşı, casusluğa daha çox bənzəyən əməliyyatları da əhatə edir.

Hesabata görə, BƏƏ 2016-cı ildən bəri lobbiçilərə 154 milyon dollardan çox pul ayırıb və ABŞ universitetlərinə milyonlarla dollar xərcləyib.

ABŞ kəşfiyyatının analitik qolu olan Milli Kəşfiyyat Şurası hesabat barədə açıq bəyanat yaymayıb.

BƏƏ-nin ABŞ-dakı səfiri Yousef Al Otaiba BƏƏ-nin ABŞ-dakı nüfuzu və yaxşı mövqeyi ilə fəxr etdiyini söyləyib: "Bu, onilliklər boyu BƏƏ ilə ABŞ arasında sıx əməkdaşlığın və effektiv diplomatiyanın məhsuludur".

"Washington Post"a danışan ekspertlər ABŞ hökumətinin yaxın müttəfiqinin fəaliyyətini tənqidi şəkildə araşdırmasına təəccübləniblər.

1990-cı illərdə Milli Kəşfiyyat Şurasının üzvü olmuş Brukinq İnstitutunun analitik mərkəzinin əməkdaşı Brus Ridel qəzetə deyib ki, ABŞ kəşfiyyat icması, ümumiyyətlə Amerikanın daxili siyasətini öyrənmək kimi hər hansı bir şeydən uzaqdır: "İndi dost bir güc üzərində belə bir şey etmək unikaldır. Bu, ABŞ kəşfiyyat icmasının yeni çağırışlar qəbul etməyə hazır olduğuna işarədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.