Dünya

Makron yeni milli strategiyada fransızları müharibəyə hazırlayır - Le Figaro

10 Noyabr 2022 09:57
Baxış: 1 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa prezidenti Emmanuel Makron ölkəni mümkün müharibəyə hazırlamağı nəzərdə tutan yeni milli strategiya doktrinasını təqdim edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, doktrina 2017-ci ildə qəbul edilmiş sənədin davamı olacaq və Fransanın öz maraqlarını qorumaq üçün on strateji hədəfi ehtiva edir. O, həmçinin müharibə iqtisadiyyatına dair bir bənd ehtiva edir, lakin bu, ümumi hərbiləşdirməni nəzərdə tutmur.

Sənəddə qeyd olunub ki, Fransa Silahlı Qüvvələri zəif cəhətlərini düzəltməli, hakimiyyət isə dünya nizamının məhv edilməsi prizmasından öz strateji ambisiyalarını yenidən nəzərdən keçirməlidir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.