Dünya

Dinozavr kəlləsi 20 milyon dollara hərraca çıxarıldı

10 Noyabr 2022 17:40
Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Maksimus" ləqəbli dinozavrın təxminən iki metr uzunluğundakı kəllə sümüyü Nyu Yorkdakı "Sotheby's" hərracına çıxarılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, artefakt 20 milyon dollar dəyərində qiymətləndirilib.

"Sotheby's"in məsləhətçisi Henri Qallianonun sözlərinə görə, 76 milyon il əvvəl indiki Şimali Amerika ərazisində yaşamış Qorqozavrın  kəlləsi Cənubi Dakotada tapılıb və yaxşı qorunub saxlanılıb.

Relikt Roma imperatoru və sərkərdəsi Maqnus Maksimusun (335 - 388) şərəfinə adlandırılıb.

Qeyd edək ki, dinozavrın sümükləri ilk dəfə 1997-ci ildə "Sotheby's"də 8,3 milyon dollara satılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.