Dünya

İsrailin müdafiə naziri: "İrana zərbə endirmək imkanımız var"

9 Noyabr 2022 22:35
Baxış: 1 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İsrailin İrana zərbə endirmək imkanı var, lakin ölkə rəhbərliyi belə bir addım atmağı zəruri hesab edərsə, bu qərarı diqqətlə nəzərdən keçirməli olacaq".

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə İsrailin müdafiə naziri Benni Qants bildirib.

"İsrailin İranda hərəkət etmək imkanı var. Bizim hazırlığımız, bacarığımız və uzunmüddətli planlarımız var. Biz bu ehtimala hazırlaşmalıyıq, lakin hərəkətə keçməzdən əvvəl bu məsələ ətrafında çox diqqətlə düşünməliyik", - nazir deyib.

Bundan əvvəl Knessetin (parlament) "Likud" partiyasından olan üzvü Tsaxi Xaneqbi deyib ki, Benyamin Netanyahu hakimiyyətə qayıtdıqdan sonra, ehtimal ki, İranın nüvə obyektlərinə zərbə endirmək əmri verə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.