Dünya

Türkiyə-ABŞ Yüksək Səviyyəli Müdafiə Qrupunun toplantısı keçirilib

7 Noyabr 2022 20:51
Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Noyabrın 7-də Türkiyənin paytaxtı Ankarada ABŞ Müdafiə Nazirliyinin nümayəndə heyətinin iştirakı ilə Türkiyə-ABŞ Yüksək Səviyyəli Müdafiə Qrupunun toplantısı keçirilib.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Müsbət və konstruktiv keçən görüşdə ikitərəfli müdafiə, hərbi təlim və müdafiə sənayesi sahəsində əməkdaşlıq, həmçinin regional və qlobal müdafiə və təhlükəsizlik məsələləri müzakirə edilib.

Növbəti görüşün gələn il ABŞ-da keçirilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.