Dünya

Rusiyada azərbaycanlı meşədə intihar etdi

7 Noyabr 2022 13:38
Baxış: 1 451
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada azərbaycanlı oğlan intihar edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə iki gün əvvəl Domodedovo şəhərinin Don şossesində meşədə qeydə alınıb. Amil (şərti adla) adlı 17 yaşlı oğlan meşəlik ərazidə özünü öldürüb.

İntiharın səbəbləri məlum deyil.

İlkin məlumatlara görə, Amilin atasının mağazası onun intihar etdiyi ərazidə yerləşir. Belə ki, atası onu axşam saatlarında pul qarşılığında yanına köməyə çağırıb. Lakin gecə saatlarında ata mağazada oğlunu tapmayıb. Satıcı ilə brigə fənər götürərək onu axtarmağa başlayıblar. Nəticədə onun meyiti meşəlik ərazidə aşkar edilib.

Məlumata görə, yeniyetmənin meyiti tapılarkən üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun kiminləsə ədavəti olmadığı bildirilir.

Hazırda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.