Dünya

KİV: Fransada supermarketlərdə ərzaq qıtlığı artıb

4 Noyabr 2022 23:55
Baxış: 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cari ilin oktyabr ayında Fransada supermarket və hipermarketlərdə ərzaq məhsullarının qıtlığının səviyyəsi 5,8% artıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə BFMTV kanalı NielsenIQ araşdırmasına istinadən xəbər verir.

Qeyd olunub ki, hazırda Fransız vətəndaşları üçün müxtəlif qida məhsulları əlçatmazdır.

"Qida kateqoriyasındakı fərq 2021-ci ilin oktyabr ayı ilə müqayisədə 2 bənd artıb ki, bu da sentyabr ayından bəri müşahidə edilən ən güclü artımdır. Bu tendensiya qismən salat soslarının və xardal kimi soyuq sousların çatışmazlığı ilə bağlıdır".

Oktyabrın 27-də Fransa prezidenti Emmanuel Makron ölkə vətəndaşlarını güclənən enerji böhranı fonunda eyni həyat səviyyəsini qorumaq üçün daha çox çalışmağa çağırıb. Kim daha çox işləyəcəksə, dövlət artıq iş saatlarına görə vergi ödəməkdən azad edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.